“Qalatasaray” derbini uduzdu, Raykaard qəmgin danışdı
28.03.2010 - 23:01
“Qalatasaray” derbini uduzdu, Raykaard qəmgin danışdı
Türkiyə Superliqasında 27-ci turun 8 oyunu keçirilib. Apasport.az saytının xəbərinə görə, turun mərkəzi qarşılaşmasında “Qalatasaray” “Ali Sami Yen” stadionunda əzəli rəqibi “Fənərbaxça” ilə üz-üzə gəlib.

Dünyanın ən məşhur derbilərindən sayılan oyunun taleyini bir qol həll edib. Çempionluq uğrunda mübarizə aparan hər iki komanda meydana qələbə üçün çıxsa da, sonra sevinən qonaq komanda olub. Səlcuq Şahinin vurduğu qol 70-ci dəqiqədə zərbəsi “Fənərbaxça”ya 3 xal qazandırıb.

Oyundan sonra təşkil olunan mətbuat konfransında “Qalatasaray”ın baş məşqçisi Frank Raykaard bildirib ki, bu məğlubiyyətdən sonda çempionluq şansları azalıb: “Qalib gəlməyimiz üçün qol vurmağımız lazım idi. Biz bunu bacarmadıq. Rəqib isə qol vurub qələbə qazandı. Məğlubiyyət tək bir nəfərin deyil, bütün komandanındır. Çempionluqdan bir az uzaqlaşdıq. Amma sonadək birləşib xoş sonluğa çatmaq istəyirik”.

“Qalatasaray” – “Fənərbaxça” – 0:1
“İstanbul BB” – “Bursaspor” – 1:2
“Beşiktaş” – “Eskişeherspor” – 3:2
“Gənclərbirliyi” – “Diyarbəkirspor” – 1:0
“Ankaraspor” – “Ankaragücü” – 0:3
“Antalyaspor” – “Manisaspor” – 0:0
“Dənizlispor” – “Kasımpaşa” – 3:3
“Qazinatepspor” – “Sivasspor” – 2:2
“Kayserispor” – “Trabzonspor” – matçı bu gün keçiriləcək.

Hesabat turundan sonra “Bursaspor” 58 xalla liderdir. “Fənərbaxça” və “Beşiktaş” hərəyə 55 xal toplayıb. “Qalatasaray” isə dördüncü pillədə yer alıb – 53 xal.
0