Lənkəran ziyalıları dövlət başçısı İlham Əliyevə müraciət etdilər
28.03.2010 - 23:24
Lənkəran ziyalıları dövlət başçısı İlham Əliyevə müraciət etdilər
Unibank Premyer Liqasının XXV turunda qalmaqallı “Xəzər-Lənkəran” – “Neftçi” görüşü lənkəranlı ziyalıların da qəzəbinə səbəb olub. Apasport.az saytının xəbərinə görə, Lənkəran ziyalıları dövlət başçısı İlham Əliyevə ünvanladıqları müraciətdə qalmaqalın yaranmasında konkret günahkarlar kimi azarkeşlərin deyil, ölkə futbolunun inkişafına mane olan Peşəkar Futbol Liqasının rəhbərliyini, Hakimlər Komitəsinin və Hakim-İnspektorlar Komitəsinin rəhbərliyini günahlandırıblar. Müraciətdə ölkə başçısından “Xəzər-Lənkəran” – “Neftçi” görüşündə günahkar olanların sərt və qəti şəkildə cəzalandırılması üçün göstəriş verilməsi xahiş edilib.
0