“Qalatasaray” və “Fənərbaxça”nın azarkeşləri dava etdilər, yaralananlar var - FOTO
29.03.2010 - 09:36
“Qalatasaray” və “Fənərbaxça”nın azarkeşləri dava etdilər, yaralananlar var - FOTO
Türkiyə Superliqasının XXVII turunda keçirilən “Qalatasaray” - “Fənərbaxça” oyununun ardından bu iki komandanın azarkeşləri arasında dava düşüb. Apasport.az saytının məlumatına görə, “Əli Sami Yen” stadionunda baş tutan qarşılaşmanın final fitindən sonra küçəyə çıxan “Fənərbaxça”nın 200-dək azarkeşi “Cim Bom”lu fanatlarla üz-üzə gəliblər və onların ünvanına təhqiramiz sözlərdən ibarət şüarlar səsləndiriblər.

Fanatlar bir-birlərinə daş, partlayıcı maddə, ayaqqabı atıblar. Partlayıcı maddələr yoldan keçən avtomobillərə dəyərək, arzuolunmaz vəziyyət yaradıb. Daha sonra əzəli rəqiblərin azarkeşləri arasında əlbəyaxa döyüş başlayıb. Yalnız polisin müdaxiləsi sayəsində davanı aradan qaldırmaq mümkün olub. Hadisə nəticəsində yaralananların olduğu bildirilir.
0