Ramazanov İtaliyada oynayacaq
29.03.2010 - 09:44
Ramazanov İtaliyada oynayacaq
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. Apasport.az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, yığmanın baş məşqçisi Oliver Pelzer düşərgəyə 20 futbolçu çağırıb.

Komandamız bu heyətlə İtaliyadakı beynəlxalq turnirə yollanacaq. Almaniyalı mütəxəssis martın 31-dən aprelin 3-dək keçiriləcək qarşılaşmalarda Azər Abbasov, Elşən Abdullayev, Emil Balayev, Əyyub Əliyev, Rəşad Əzizov, Ramazan Həsənov, Məqsəd İsayev, Elnur İsmayılov, Tural Məmmədli, Bəxtiyar Məsməliyev, Cavid Muxtarzadə, Fariz Ramazanov, Rəsul Teymurxanlı, Haqverdi Yusifov, Vadim Abdullayev, Oruc Balaşlı, Teymur Quliyev, Cavidan Qazıyev, Mirəli Seyfiyev və Əbasət Cəfərova güvənəcək.

Qeyd edək ki, turnir Rieti şəhərində baş tutacaq.
0