Rusiyada azərbaycanlı bombardir peyda olub
29.03.2010 - 09:48
Rusiyada azərbaycanlı bombardir peyda olub
Rusiya Premyer Liqasında azərbaycanlı bombardir peyda olub. Apasport.az saytının məlumatına görə, Moskva “Lokomotiv”ində oynayan soydaşımız Aleksandr Əliyev Premyer Liqada bombardirlər yarışında liderliyi ələ keçirib.

Üç turdan sonra hesabında üç qol olan 25 yaşlı yarımmüdafiəçi vahid liderdir. 2-ci turda etdiyi dublla komandasına qələbə qazandıran Aleksandrın bu dəfə vurduğu qol məğlubiyyətdən də xilas olmağa imkan verməyib. Əliyevin Moskva “Spartak”ına vurduğu qol nə qədər baxımlı alınsa da, “Lokomotiv”in hesab arasındakı fərqi minimuma azaltmaqdan artığına gücü çatmayıb – 1:2. Qış fasiləsində Kiyev “Dinamo”sundan “Lokomotiv”ə keçən Əliyev Rusiyanın Xabarovsk vilayətində anadan olsa da, Ukrayna vətəndaşlığını daşıyır və bu ölkənin milli komandasının üzvüdür.
0