Məşhur məşqçi Kot D’İuvar yığmasında
29.03.2010 - 10:00
Məşhur məşqçi Kot D’İuvar yığmasında
Kot D’İuvar milli komandasının yeni baş məşqçisinin adı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, DÇ-2010-nun final mərhələsinin iştirakçısı Sven Yoran Erikssonla qısa müddətli müqavilə imzalayıb. İngiltərə yığmasının sabiq çalışdırıcısı Kot D’İuvara iyunda CAR-da keçiriləcək məsul turnirdə rəhbərlik edəcək və anlaşma mundialın sonuna qədər nəzərdə tutulub. Sonuncu iş yeri İngiltərənin aşağı liqa təmsilçisi “Notts Kaunti”də idman direktoru postu olan Eriksson klubda ciddi maliyyə problemləri üzündən ötən ay vəzifəsindən gedib. Böyük təcrübəsi olan 62 yaşlı isveçli mütəxəssis işsiz günləri cəmi bir ay olub.
0