Qazaxdan Bakıya 1398 günə gələn kimdir?
29.03.2010 - 10:22
Qazaxdan Bakıya 1398 günə gələn kimdir?
Unibank Premyer Liqasının XXV turu “Bakı” klubunun baş məşqçi əvəzi Məqsəd Yaqubəliyev üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, 45 yaşlı mütəxəssis “Qəbələ” ilə qarşılaşmada ilk dəfə komandanı meydana çıxarıb. Türkiyəli mütəxəssis Bülənt Korkmazın istefasından sonra onu mövsümün sonunadək əvəzləyən Yaqubəliyev uzun fasilədən sonra ölkə çempionatının oyununda yetirmələrinə rəhbərlik edib.

Yaqubəliyevin baş məşqçi kimi sonuncu iş yeri “Göyəzən” olmuşdu. O bu kluba 2004/05 mövsümünün sonlarında gələrək, növbəti – 2005/06 mövsümündə də Qazax təmsilçisinə rəhbərlik etmişdi. Həmin il qərbliləri güclülər dəstəsində saxlaya bilməyən məşqçinin son matçı da həmin birinciliyə təsadüf edib. Çempionatın son oyununu İmişlidə “MKT-Araz”a qarşı (0:2) keçirən Qazax təmsilçisinin baş məşqçisi 2006-cı il mayın 30-dakı görüşdən sonra kölgəyə çəkilmişdi. Yaqubəliyev meydana növbəti dəfə 1398 gün sonra komanda çıxardı ki, bu dəfə o, Bakı təmsilçisinin “sükanı arxasında” dayanıb.

Qeyd edək ki, “Bakı” – “Qəbələ” oyunu 1:1 hesabı ilə başa çatıb.
0