Futbolçularımız Roma Papası ilə görüşəcəklər
29.03.2010 - 12:41
Futbolçularımız Roma Papası ilə görüşəcəklər
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının iştirak edəcəyi beynəlxalq turnirin proqramı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Manlio və Loris Scorpinyoların xatirəsinə həsr olunan sayca 18-ci ənənəvi yarış cəmi 4 gün davam edəcək.

Martın 31-də, həmçinin aprelin ilk iki günündə mübarizə aparacaq 9 komanda gələn ayın 3-də yarımfinal və final matçına çıxacaq. Yarışın açılış günündə əfsanəvi futbolçunun adını daşıyan Manlio Skorpinyo stadionuna baş çəkəcək qonaq komandalar Vatikana da üz tutacaq. Belə ki, iştirakçıların və bütün nümayəndə heyətlərinin Papa XVI Benediktin qəbulunda olması planlaşdırılıb. Proqrama əsasən bu görüş martın 31-də Bakı vaxtı ilə saat 13:30-da baş tutacaq.

Qeyd edək ki, yığmamız ilk matçını Roma Papası ilə görüşdən 9 saat sonra keçirəcək.
0