“Meydançada iki qorxaq komanda və qorxaq futbolçular var idi”
29.03.2010 - 12:55
“Meydançada iki qorxaq komanda və qorxaq futbolçular var idi”
“Belə pis derbini ötən ildən bəri izləmirdim. Milyonlarla insanı ekranlar başına, minlərlə insanı isə stadiona toplamağa dəyməzdi! Son dərəcə maraqsız oyun oldu. Meydançada iki qorxaq komanda və qorxaq futbolçular var idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyə yığmasının sabiq futbolçusu Sərgən Yalçın deyib.

İstanbulun hər 3 “nəhəng” klubunun - “Qalatasaray”, “Beşiktaş” və “Fənərbaxça”nın formasını geyinmiş 38 yaşlı veteran hücumçu Türkiyə Superliqasında keçirilmiş son derbini tənqid atəşinə tutub. O, martın 28-də “Qalatasaray” və “Fənərbaxça”nın çox zəif təsir bağışladığını vurğulayıb: “Derbini izlədiyim vaxt ilk dəfə peşəkar futbolçu karyeramı başa vurduğuma təəssüfləndim. Belə futbol standartlarında 40-42 yaşınadək oynayardım. Bu matçı səbirsizliklə gözləyən milyonlarla insanın halına acıyıram”.

Qeyd edək ki, “Fənərbaxça” səfərdə “Qalatasaray”ı 1:0 hesabı ilə üstələyib.
0