Derbidə 49 azarkeş saxlanılıb
29.03.2010 - 13:34
Derbidə 49 azarkeş saxlanılıb
Rusiya Premyer Liqasının III turunda keçirilən “Spartak” – “Lokomotiv” oyunu qalmaqalla müşayiət olunub. Apasport.az saytının məlumatına görə, paytaxt derbisindən sonra stadionu tərk edən azarkeşlər ictimai asayişi pozublar.

Ciddi qalmaqalın yaranmaması üçün Moskva milisi 49 azarkeşi saxlayıb. Görüş zamanı asayişi 2 min milis əməkdaşı qoruyub ki, onlar 40 minə yaxın azarkeş arasında münaqişənin yaranmamasına nail olub. Lakin stadionu tərk etdikdən sonra bir qrup fanat əsəblərini cilovlaya bilməyərək qalmaqal yaradıb.

Qeyd edək ki, “Spartak”ın bu matçda 2:1 hesabı ilə qalib gəlib.
0