Azərbaycan çempionu üçün ispan mesajı
29.03.2010 - 14:23
Futzal üzrə Azərbaycan çempionu “Araz”ı UEFA kubokunun yarımfinalında ciddi sınaq gözləyir. Apasport.az saytının məlumatına görə, təmsilçimizin rəqibi olan İspaniyanın “İntervyu” klubu Portuqaliyada keçiriləcək “Dördlər finalı”na qalib olmaq üçün qatılır.
Lissabonda təşkil olunan püşkatmaya qatılan klubun baş direktoru Xesus Klaveria “Araz” və ya digər komanda ilə qarşılaşmalarının heç bir əhəmiyyət kəsb etmədiyini açıqlayıb: “Biz final mərhələsindən maksimum nəticə gözləyirik. Komandamız Avropa çempionudur. Portuqaliyaya da titulumuzu qorumaq üçün gəlirik. Lissabona yaxşı bələdik və bu şəhərdən qalib kimi ayrılacağımıza ümid edirik. Ümumilikdə, “Dördlər finalı”na qatılan bütün komandalar turnirdə qalib gəlmək potensialına malikdir”.
Qeyd edək ki, “Araz” – “İntervyu” matçı aprelin 23-də keçiriləcək.

- Vinisius irqçiliklə mübarizəsindən danışdı - “Qardaşımın bunu yaşamasını istəmirəm”
- Ronaldodan Mbappeyə tərif: "Mənə öz dövrümü xatırladır"
- Moriyasu Braziliyaya meydan oxudu - “Onları keçmək istəyirik”
- Estakio qələbə qolunu vurdu: Matçın ən yaxşısı seçildi
- Diomande qərarını verdi - PSJ-yə keçmək istəyir
0
0