Qalmaqallı turun antirekordları
29.03.2010 - 15:00
Qalmaqallı turun antirekordları
Unibank Premyer Liqasında qalmaqallı XXV tur antirekordların təkrarlanmağı ilə tarixə düşdü. Apasport.az saytının hesablamalarına görə, futbolsevərlərimiz cari çempionatda yenidən bir turda ən az qol, ən çox heç-heçəyə şahidlik etdilər. Turda keçirilən 6 oyunda qapılara cəmi 5 qol vuruldu ki, bu da hər oyunda orta məhsuldarlığın 1 qoldan da az olması deməkdir. Üç oyunda isə qapılara qol vurulmayıb. 5 qoldan 4-ü ilk “altılıq”da vurulub. İkinci “altılıq”da isə cəmi bir qol qeydə alınıb ki, bu da Salyanın “Muğan” klubunun moldovalı yarımmüdafiəçisi Vadim Kriçmarın payına düşür. Yeri gəlmişkən, turda yeganə qələbə məhz onun vurduğu qolla qazanılıb.

Buna qədər ən az qol ötən ilin son turunda qeydə alınmışdı. Həmin vaxt da 6 oyunda qapılara 5 top vurulmuşdu. Maraqlıdır ki, final mərhələsi başlayan kimi tur məhsuldarlığı ilə diqqət çəkmişdi. Hər halda, “altılığ”ın ilk iki turunda 14 qol vurulmuşdusa, bu dəfə heç onun yarısı da olmadı.

Digər antirekord turda birdən-birə 5 heç-heçənin qeydə alınmağıdır. Baş tutan 6 görüşün yalnız 1-də qalibi müəyyənləşdirmək mümkün olub ki, onu qazanan “Muğan” turun yeganə qalibidir. Cari çempionatda buna qədər yalnız XXI turda analoji hadisə yaşanmışdı.

Qeyd edək ki, azarkeşlər turun mərkəzi oyunu olan “Xəzər-Lənkəran” – “Neftçi” görüşündə qolun əvəzinə qalmaqala şahidlik ediblər.

27 mart
“Qarabağ” – “İnter” – 1:1
“Xəzər-Lənkəran” – “Neftçi” – 0:0
“Turan” – “Simurq” – 0:0
“Muğan” – “Karvan” – 1:0

28 mart
“Bakı” – “Qəbələ” – 1:1
“Olimpik-Şüvəlan” – “Karvan” – 0:0

Unibank Premyer Liqasının cari mövsümündə vurulan qollar

Təsnifat mərhələsi
I tur – 10 qol
II tur – 8 qol
III tur – 10 qol
IV tur – 17 qol
V tur – 9 qol
VI tur – 19 qol
VII tur – 17 qol
VIII tur – 14 qol
IX tur – 12 qol
X tur – 13 qol
XI tur – 13 qol
XII tur – 11 qol
XIII tur – 20 qol
XIX tur – 12 qol
XV tur – 13 qol
XVI tur – 9 qol
XVII tur – 5 qol
XVIII tur – 11 qol
XIX tur – 13 qol
XX tur – 9 qol
XXI tur – 8 qol
XXII tur – 12 qol

Final mərhələsi
XXIII tur – 14 qol
XIX tur – 14 qol
XV tur – 5 qol
0