Kimisi 1:1-dən doymur, kimisə qol vurmağı bacarmır
29.03.2010 - 18:00
Kimisi 1:1-dən doymur, kimisə qol vurmağı bacarmır
“Qarabağ” – “İnter” və “Xəzər-Lənkəran” – “Neftçi” oyunlarında maraqlı tendensiya yaranıb. Apasport.az saytının hesablamalarına görə, Unibank Premyer Liqasında ilk “altılıq”da mübarizə aparan bu komandaların son oyunlarında eyni hesablar qeydə alınır.

“Qarabağ” 16 illik fasilədən sonra Ağdama qayıdışını ötən mövsüm məhz “İnter”lə görüşlə qeyd etdi. Bu komandaların ötən ilin mayın 3-dən indiyədək Quzanlı qəsəbə stadionunda keçirilən oyunları 1:1 hesabı ilə nəticələnir. “Qarabağ”la “İnter”in oyunlarında vaxtilə 1:0, yaxud 0:1, son vaxtlar isə 1:1 sevimli hesab olub. “Bankirlər”ə ötən il Ağdamdakı nəticə çempionluq bahasına başa gəldi. Hər halda, bu heç-heçədən sonra liderliyi “Bakı”ya verən “İnter” çempionluq titulunu qoruya bilməyib, gümüş medalla kifayətləndi.

“Xəzər-Lənkəran”la “Neftçi”nin son üç oyununda isə qolsuz bərabərliklər sıralanır. Maraqlıdır ki, buna qədər həmin komandaların derbi oyunlarında həmişə qol vurulurdu. Ancaq “Xəzər-Lənkəran”la “Neftçi” cari mövsümdən başlayaraq qol vurmağı yadırğayıb. İndi azarkeşlər bu həsrətə mayın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunda son qoyulub-qoyulmayacağını düşünür. Digər maraqlı məqam həmişə ilk olaraq “Xəzər-Lənkəran”ın meydan sahibi olması və bu tendensiyanın 6 ildir davam etməsidir.

Qeyd edək ki, “Qarabağ”la “İnter”dən fərqli, “Xəzər-Lənkəran”la “Neftçi” ölkə kubokunda görüşməyib. “İnter” “Qarabağ”la hər iki kubok mübarizəsindən qalib ayrıldığı mövsümlərdə (2004/05 və 2007/08) finala kimi irəliləyib.

“Qarabağ”la “İnter” arasında Azərbaycan çempionatında keçirilən oyunlar

2004/05 mövsümü

“Qarabağ” – “İnter” – 3:1
“İnter” – “Qarabağ” – 1:0

2005/06 mövsümü
“İnter” – “Qarabağ” – 2:0
“Qarabağ” – “İnter” – 1:0

2006/07 mövsümü
“Qarabağ” – “İnter” – 0:1
“İnter” – “Qarabağ” – 1:0

2007/08 mövsümü
“Qarabağ” – “İnter” – 0:1
“İnter” – “Qarabağ” – 1:0

2008/09 mövsümü
“İnter” – “Qarabağ” – 1:1
“Qarabağ” – “İnter” – 1:1

2009/10 mövsümü
Təsnifat mərhələsi

“İnter” – “Qarabağ” – 2:1
“Qarabağ” – “İnter” – 1:1

Final mərhələsi
“Qarabağ” – “İnter” – 1:1

“Xəzər-Lənkəran”la “Neftçi” arasında Azərbaycan çempionatında keçirilən oyunlar

2004/05 mövsümü

“Xəzər-Lənkəran” – “Neftçi” – 1:1
“Neftçi” – “Xəzər-Lənkəran” – 2:1

2005/06 mövsümü
“Xəzər-Lənkəran” – “Neftçi” – 0:1
“Neftçi” – “Xəzər-Lənkəran” – 2:2

2006/07 mövsümü
“Xəzər-Lənkəran” – “Neftçi” – 2:1
“Neftçi” – “Xəzər-Lənkəran” – 1:0

2007/08 mövsümü
“Xəzər-Lənkəran” – “Neftçi” – 0:1
“Neftçi” – “Xəzər-Lənkəran” – 0:1

2008/09 mövsümü
“Xəzər-Lənkəran” – “Neftçi” – 2:0
“Neftçi” – “Xəzər-Lənkəran” – 2:1

2009/10 mövsümü
Təsnifat mərhələsi

“Xəzər-Lənkəran” – “Neftçi” – 0:0
“Neftçi” – “Xəzər-Lənkəran” – 0:0

Final mərhələsi
“Xəzər-Lənkəran” – “Neftçi” – 0:0
0