Klub prezidenti küçədə güllələndi
30.03.2010 - 09:56
Klub prezidenti küçədə güllələndi
Türkiyə Həvəskar Superliqasında mübarizə aparan “Feriköy” futbol klubunun prezidenti Oqtay Ərtuğrul silahlı hücuma məruz qalıb. Apasport.az saytının məlumatına görə, Ərtuğrul İstanbulda naməlum bir şəxs tərəfindən güllələnib.

Klub prezidenti ötən gecə saat 2 radələrində avtomobil yuma salonundan çıxdıqdan sonra bir nəfərlə mübahisəyə girişib. Mübahisə qızışdığından, naməlum şəxs silaha əl atıb və Ərtuğrulu boyun nahiyəsindən yaralayıb. Atəş açan qaçıb aradan çıxdığı halda, “Feriköy”ün rəhbəri dostlarının köməyi ilə yaxınlıqdakı Amerikan Xəstəxanasına çatdırılıb. Yaralının vəziyyətinin ciddi olduğu bildirilir.
0