Kapello: İtaliya və Almaniya dünya çempionu olmayacaq!
30.03.2010 - 10:30
İngiltərə yığmasının baş məşqçisi Fabio Kapello dünya çempionatının favoritlərinin adlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, məşhur italiyalı mütəxəssis 5 komandanın mundialı qazanmaq iqtidarında olduğunu düşünür.
62 yaşlı məşqçi bu ilin iyununda keçiriləcək yarışın favoritləri sırasına həmyerliləri – hazırkı dünya çempionu İtaliya millisini daxil etməyib: “Dünya çempionluğuna 5 real namizəd var. Bunlar İspaniya, Braziliya, Argentina, Hollandiya və İngiltərədir”.
Göründüyü kimi, Kapello mundiala gedən yolda Azərbaycan milli komandası ilə iki dəfə qarşılaşan (2:0 və 4:0) və növbəti seçmə mərhələdə də rəqibimiz olan Almaniyanı favorit saymır. Yəni o, Bundestimin CAR perspektivinin üstündən xətt çəkir.

- Estakio qələbə qolunu vurdu: Matçın ən yaxşısı seçildi
- Diomande qərarını verdi - PSJ-yə keçmək istəyir
- Levandovski MLS-ə gedir - “Çikaqo Fayr”la razılaşdı
- Cənubi Koreyada DÇ fiaskosuna dövlət müdaxiləsi - Prezident araşdırma tələb etdi
- “Qalatasaray” Sançez üçün "qapını açdı" - Təklif gələrsə, satıla bilər
0
0