İntizam Komitəsindən paytaxt klubuna ağır cəza
30.03.2010 - 11:13
İtaliya Futbol Assosiasiyasının İntizam Komitəsi ölkə çempionatının son turunda baş verənlərlə bağlı qərarlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, “Roma” klubu 25, “Latsio” 15 min avro cərimə olunub. Paytaxtın eyni adlı təmsilçisi azarkeşlərinin oxuduğu mahnının güdazına gediblər. Belə ki, “İnter”lə qarşılaşmada (2:1) səsləndirilən mahnı irqçilik tərənnüm edib. Digər paytaxt klubu isə azarkeşlərinin “Milan”la matçdakı şüarlarına görə cəzalanıb. “Latsio”lu fanatlar rəqibin yarımmüdafiəçisi Klarens Zeedorfa qarşı irqçilik edib.
- Estakio qələbə qolunu vurdu: Matçın ən yaxşısı seçildi
- Diomande qərarını verdi - PSJ-yə keçmək istəyir
- Levandovski MLS-ə gedir - “Çikaqo Fayr”la razılaşdı
- Cənubi Koreyada DÇ fiaskosuna dövlət müdaxiləsi - Prezident araşdırma tələb etdi
- “Qalatasaray” Sançez üçün "qapını açdı" - Təklif gələrsə, satıla bilər
0
0