Yığmanın futbolçusuna hambal işləmək təklif olundu
30.03.2010 - 12:37
Ukrayna milli komandasının futbolçusu Andrey Yarmolenkoya hambal işləmək təklif olunub. Apasport.az saytının məlumatına görə, İqor Surkis prezidenti olduğu Kiyevin “Dinamo” klubunda oynayan futbolçuya bunu tövsiyə edib. Surkis həm ona, həm digər yığma oyunçusu Yevgeni Xaçeridiyə mətbuata söylədikləri fikirlərlə bağlı bərk qəzəblənib. Belə ki, Yarmolenko ukraynalı həmkarımıza “Mən futbolçu deyiləm” söyləməklə, müsahibədən canını qurtarıbsa, Xaçeridi “Dinamo” bu mövsüm çempion olmaya bilər” deyib.
Klub prezidenti bəzi futbolçularına mətbuatla necə ünsiyyət qurmağın lazım olduğunu başa düşənədək, müsahibə verməyi qadağa edib: “Yarmelonkonun jurnalistlə belə davranmağa ixtiyarı yox idi. Buna görə böyük məbləğdə cərimə olunub. Əgər Andrey “Dinamo”nun futbolçu olmadığını deyirsə, gedib hambal, şaxtaçı işləsin. Mən ona belə də demişəm. Xaçeridinin təşvişli əhval-ruhiyyəsi də bir klub prezidenti kimi xoşuma gəlmir. Ona görə də onlara müsahibə verməyə qadağa qoymuşam. Onlar jurnalist peşəsinə hörmət etməyi öyrənələrsə, onda müsahibə versinlər”.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0