Vəli Qasımov “Xəzər-Lənkəran” – “Neftçi” matçında hakimlərə nə tapşırıb?
30.03.2010 - 13:24
“Xəzər-Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirov “Neftçi”ilə qalmaqallı oyundan əvvəl yaşanan bir maraqlı olay haqda məlumat verib. Apasport.az saytına açıqlamasında Nadirov bildirib ki, qarşılaşmadan öncə Azərbaycanın veteran futbolçusu Vəli Qasımov hakimlərin otağına daxil olub və onlarla təxminən 15 dəqiqə ərzində məxfi söhbət aparıb: “Vəli Qasımov əvvəl “Neftçi”də çalışırdı. Mənə maraqlıdır, bu gün AFFA-da seleksiya işi ilə məşğul olan bir adamın hakimlərin otağında nə işi var idi? O, hakimlərlə söhbət edəndə qapını bağlayıblar və heç kimi ora buraxmayıblar”.
- Estakio qələbə qolunu vurdu: Matçın ən yaxşısı seçildi
- Diomande qərarını verdi - PSJ-yə keçmək istəyir
- Levandovski MLS-ə gedir - “Çikaqo Fayr”la razılaşdı
- Cənubi Koreyada DÇ fiaskosuna dövlət müdaxiləsi - Prezident araşdırma tələb etdi
- “Qalatasaray” Sançez üçün "qapını açdı" - Təklif gələrsə, satıla bilər
0
0