Futbolçularımız Fernando Torresin yolu ilə gedirlər
30.03.2010 - 13:32
Futbolçularımız Fernando Torresin yolu ilə gedirlər
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləri məşhur ulduzların yolu ilə gedir. Apasport.az saytının məlumatına görə, komandamızın sabah mübarizəyə qoşulacağı İtaliyadakı beynəlxalq turnir bir sıra ulduzların ilk parıltılarına şahidlik edib. Belə ki, Manlio və Loris Skorpinyoların xatirəsinə həsr olunan sayca 18-ci ənənəvi turnirin ən böyük kəşflərinin siyahısı tərtib olunub. Hələ yeniyetmə yaşlarında Rieti şəhərində istedadını büruzə verənlər arasında Fernando Torres kimi məşhur futbolçu da olub. İspaniya yığmasının heyətində Avropa çempionu olan “Liverpul”un hücumçusu kimi, Rafael Van der Vaart, Alberto Akvilani, Conni Heytinqa, dünya çempionu Marko Ameliya da İtaliyadakı turnirdə özü haqda söz etdiriblər. İndi Oliver Pelzerin yetirmələri bu ulduzların cığırı ilə zirvəyə yol alacaq.
0