“30-a yaxın oyunda hakimlər otağına girmişəm”
30.03.2010 - 14:01
“30-a yaxın oyunda hakimlər otağına girmişəm”
“Xəzər-Lənkəran” - “Neftçi” oyununda və bu matçın ətrafında baş verənlərdən xəbərim var. Həqiqətən də oyundan əvvəl hakimlər otağına girmişəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının sabiq futbolçusu Vəli Qasımov deyib.

Unibank Premyer Liqasının XXV turunun böyük qalmaqalla nəticələnən “Xəzər-Lənkəran” – “Neftçi” matçını canlı izləyən veteran futbolçu hakimlər otağına girməsi ilə bağlı ittihamı əsassız sayır: “Hazırda AFFA-da işləyirəm. Qurumun seleksiyaçı məşqçisiyəm. Bu vəzifənin icrası üçün 30-a yaxın matça getmişəm və bütün qarşılaşmalarda hakimlər otağına girib oyunun protokolunu götürmüşəm. Bu dəfə də matçın protokolu üçün ora girmişəm. Bunu şişirtmək lazım deyil. Əvvəllər harada işləməyimlə bunu əlaqələndirmək düzgün olmaz. Bütün bunlar mənlik deyil”.

Qeyd edək ki, Qasımov “Neftçi”nin idman direktoru vəzifəsində çalışıb. Bir müddət əvvəl isə AFFA-nın aşağı yaş qrupları üzrə seleksiyaçı məşqçisi təyin olunub. Görəsən, Qasımov “Xəzər-Lənkəran” – “Neftçi” qarşılaşmasında hansı futbolçunu gözaltı edib?
0