Tetradze “Anji”yə qayıtmaq istəyir: Mahir Şükürovla problemim yoxdur
30.03.2010 - 14:25
Tetradze “Anji”yə qayıtmaq istəyir: Mahir Şükürovla problemim yoxdur
Gürcüstanlı mütəxəssis Omari Tetradze yenidən “Anji”də işləmək istəyir. Apasport.az saytının məlumatına görə, 40 yaşlı çalışdırıcı həmyerlimiz Mahir Şükürovun da heyətində yer aldığı Mahaçqala təmsilçisinin baş məşqçisi postuna qayıtmaq arzusunda olduğunu bildirib. Tetradzenin istefasından sonra Hacı Hacıyevin komandanın yeni çalışdırıcısı olması deyilsə də, təyinat hələlik rəsmiləşməyib: “Şübhəsiz ki, “Anji”də işimi davam etdirmək istəyirəm. Ancaq istənilən şərtdə yox. Mənim üçün ətrafda komfort atmosfer olması vacibdir. Düşmənçilik ab-havasında yaşaya bilmirəm. Əvvəl hesab edirdim ki, futbolçulara məşq etdirmək, oyunlara hazırlamaq kifayətdir və kənardakılara fikir verməmək olar. Ancaq məlum oldu ki, daxildə olan arzuolunmaz şəxslər, paxıllarla da mübarizə aparmaq lazımdır”.

Tetradze Şükürov da daxil olmaqla, futbolçularla probleminin olmadığını söyləyib: “İntriqalar əhval-ruhiyyəyə təsir edir, işə maneçilik törədir, gücü və emosiyaları alır. Komandanı komplektləşdirməklə bağlı obyektiv problemlərlə yanaşı, hansısa başqa şeyləri də həll etmək lazım idi. Buna görə də yorğunluqdan danışdım. Yəqin ki, məni başa düşürsünüz. Problemim futbolçular, klub rəhbərliyi, yaxud azarkeşlərlə bağlı deyildi. Səbəb başqa idi və bunun adı var. Ancaq gözləməyin, səbəbin nə olduğunu hələ deməyəcəyəm. Hər şeyin öz vaxtı var”.
0