“Qalatasaray”a 10 milyon avroluq təhlükə
30.03.2010 - 14:52
“Qalatasaray”a 10 milyon avroluq təhlükə
İstanbulun “Qalatasaray” klubu böyük məbləğli gəlirdən məhrum ola bilər. Apasport.az saytının məlumatına görə, ötən həftə öz meydanında “Fənərbaxça”ya minimal hesabla uduzan “Cim Bom” çempionatın yekununda ilk iki yerdən birini tutmaq şansını çətinləşdirib. Frank Raykaardın yetirmələri qızıl və ya gümüş medalları qazanmayacaqları təqdirdə, növbəti mövsüm Çempionlar Liqasında iştirak edə bilməyəcəklər. Bu mötəbər yarışa qatılmamaq isə “Qalatasaray”ı 10 milyon avroluq gəlirdən məhrum edəcək.

Superliqanın başa çatmasına 7 tur qalmış “Qalatasaray” 53 xalla 4-cü yerdədir. “Sarı-qırmızılılar” lider “Bursaspor”dan 5, “Beşiktaş” və “Fənəbaxça”dan isə 2 xal geri qalırlar.
0