Fransada “Lion” sevindi
31.03.2010 - 00:35
Fransada “Lion” sevindi
UEFA Çempionlar Liqasında (ÇL) 1/4 final mərhələsinin oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, “Bavariya” “Mançester Yunayted”dən 1999-cu ildəki finalın qisasını alıb. Maraqlıdır ki, Münhen təmsilçisi 11 öncə aqibəti rəqibinə yaşadıb. Yəni, ssenari oxşar, rollar fərqli olub.

“Bavariya” 1999-cu ildə Barselonada keçirilən həlledici görüşdə ilk hissədən sonra hesabda 1:0 irəlidə olduğu halda, “Mançester Yunayted” qələbə topunu son saniyələrdə vurmuşdu. Bu dəfə ingilislər fasiləyə 1:0 hesabı irəli yollanmış və ikinci hissədə iki top buraxaraq uduzub. “Bavariya” da qələbə topunu son saniyələrdə vurmağa müvəffəq olub. Münhenlilər üçün 2:1 hesabını düşərli saymaq olar. Hər halda, İtaliyanın “Fiorentina” klubu ilə 1/8 finalda ev oyununda da qələbə məhz bu hesabla qazanılmış və sonda mərhələ keçilmişdi.

Günün digər oyunu olan Fransa derbisində də sevinən tərəf meydan sahibi olub. Hər halda, “Lion”un “Bordo” üzərində qələbəsinin iki top fərqi ilə olduğunu nəzərə alsaq, tarixində ilk dəfə yarımfinala çıxmaq şansı daha yüksəkdir.

Çempionlar Liqası
1/4 final, ilk oyunlar


30 mart

“Bavariya” (Almaniya) – “Mançester Yunayted” (İngiltərə) - 2:1

QOLLAR: Frank Riberi, 77; İvitsa Oliç, 90+2 - Ueyn Runi, 2
Baş hakim: Frank de Blekere (Hollandiya)
Münhen. “Alyans Arena” stadionu

“Lion” (Fransa) – “Bordo” (Fransa) - 3:1
QOLLAR: Lisandro Lopes, 10; 77 (p); Mişel Bastos, 32 - Maruan Şamax, 14
Baş hakim: Feliks Brix (Almaniya)
Lion. “Jerlan” stadionu