Yığmamızın futbolçusu hamıdan üzr istədi
30.03.2010 - 15:21
Yığmamızın futbolçusu hamıdan üzr istədi
“Elnur Allahverdiyev heç də xoş olmayan hərəkət etmişdi. Amma sonradan səhvini başa düşdü. Problemlərinin olduğunu deyən Elnur hər kəsdən üzr istədi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov klubun rəsmi saytına açıqlamasında deyib.

“Qəbələ” ilə oyunda intizamsızlıq səbəbindən Qurbanov tərəfindən məşqlərdən uzaqlaşdırılan Elnur Allahverdiyev hamıdan üzr istəyib. Yığmamızın da üzvü olan 27 yaşlı müdafiəçi bunun qəbul edilməsi ilə yenidən “Qarabağ”a qoşulsa da, baş məşqçi onun yenidən əsas heyətdə yer alacağına zəmanət vermir: “Futbolçular da Elnurun komandaya qayıtması üçün xahiş etdilər. Belə olan halda, Allahverdiyev mövsümün sonuna qədər “Qarabağ”da qalacaq. Onun milli üzvü olmasını da nəzərə aldıq. Yığmanın futbolçunun milliyə fayda verməsi üçün formada qalması lazımdır. Belə məqamda Elnurun milli karyerasına zərbə dəyə bilərdi.

Müdafiəçi klubdan pul qazanır və bunun qarşılığını ödəməlidir. Mövsümün sonuna kimi Elnur bizimlə qalacaq. Sonrasını isə mövsüm başa çatdıqdan sonra danışarıq”.
0