İK sədri: Lənkərandakı qalmaqalla bağlı qərar sabah verilə bilər
30.03.2010 - 16:47
İK sədri: Lənkərandakı qalmaqalla bağlı qərar sabah verilə bilər
AFFA İntizam Komitəsinin (İK) iclası gözlənilənlərin əksinə olaraq, bu gün keçirilməyib. Bu haqda apasport.az saytına İK-nın sədri Tofiq Fətullayev məlumat verib. Onun başçılıq etdiyi komitənin toplantıları adətən həftənin çərşənbə axşamı keçirilsə də, bu dəfə istisna olub. Fətullayev iclasın sabah baş tutacağını istisna etməyib.

“Bu gün İntizam Komitəsinin iclasının keçirilməsi nəzərdə tutulmamışdı. Toplantı adətən müzakirə edilməli olan məsələlər müəyyənləşəndən sonra keçirilir. Görünür, Lənkərandakı oyunla bağlı araşdırmalar hələ davam edir. Söhbət bir yox, bir neçə məsələdən gedir. Ancaq “Xəzər-Lənkəran” - “Neftçi” oyunu ilə bağlı hansı qərarlar çıxaracağımızı indidən deyə bilmərəm. Xoşagəlməz olaylarla bağlı materiallar təqdim olunmalı və biz də buna Nizam-İntizam Məcəlləsinə əsasən, hüquqi qiymət verməliyik. İclasımızın nə vaxt olacağını isə dəqiq deyə bilmərəm. Hələ bizə bu haqda məlumat verilməyib” - deyə İK sədri vurğulayıb.
0