Ağasəlim Mircavadov: Mənə verilən 4 oyunluq cəzanı çox sayıram
30.03.2010 - 19:48
Ağasəlim Mircavadov: Mənə verilən 4 oyunluq cəzanı çox sayıram
“Mənə verilən 4 oyunluq cəzanı çox sayıram”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov deyib.

AFFA-nın İntizam Komitəsi XXV turda keçirilmiş “Xəzər-Lənkəran” – “Neftçi” görüşündə
hakimlərinə qarşı təhqiredici sözlərə yol verdiyi üçün veteran çalışdırıcını 4 oyunluq diskvalifikasiya etməklə yanaşı, meydan sahiblərini 4000 manat cərimələyib. Mircavadov çıxarılan qərara hörmətlə yanaşdığını bildirsə də, Apelyasiya şikayəti edəcəklərini istisna etməyib.