“Xəzər-Lənkəran”ın futbolçusu “Barselona”da! - FOTO
30.03.2010 - 23:39
“Xəzər-Lənkəran”ın futbolçusu “Barselona”da! - FOTO
“Xəzər-Lənkəran”ın futbolçusu Cem Fələk “Barselona” klubuna transfer olunub. Apasport.az saytının xəbərinə görə, “Bavariya”, “Çelsi” və “Mançester Yunayted” kimi komandaların təklifindən imtina edən 13 yaşlı hücumçu Kataloniya təmsilçisinə üstünlük verib.

Fələk dünən İstanbulda “Xəzər-Lənkəran”ın sahibi, “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovla görüşüb. Mənsimov gənc futbolçuya hət cür maddi və mənəvi dəstək verəcəyini, ona “Barselona”da özünü sübut edə biləcəyini bildirib.

Xatırladaq ki, Azərbaycan yığmasında oynamağa razılıq verən Cem Fələk bir müddət əvvəl “Xəzər-Lənkəran”la müqavilə bağlamışdı.