Araz Abdullayev İtaliyaya gedəsi oldu
31.03.2010 - 09:37
Araz Abdullayev İtaliyaya gedəsi oldu
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. Apasport.az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, yığmamızın baş məşqçisi Bernard Lippert İtaliya toplanışına 22 oyunçu çağırıb.

Bu gün başlayıb aprelin 11-ə qədər davam edəcək hazırlıqlarda Andrey Popoviç, Orxan Sadıqlı, Səlahət Ağayev, Qara Qarayev, Tərlan Quliyev, Vəfadar Quliyev, Aleksander Qross, Hacı Əhmədov, Yasin Yaqubzadə, Fariz Məmmədov, Mirhüseyn Seyidov, Amit Quluzadə, Rəhman Hacıyev, Kamil Nurəhmədov, Abdulla Abatsiyev, Elgiz Kərəmli, Elnur Abdulov, Araz Abdullayev, Tural İsgəndərov, Murad Səttarlı, Orxan Həsənov, Cavid Tağıyev iştirak edəcək. Avropa çempionatının seçmə mərhələsinin elit raunduna hazırlaşan komandamız İtaliyada olduğu müddətdə beynəlxalq turnirdə iştirak edəcək.

Qeyd edək ki, Oliver Pelzerin rəhbərlik etdiyi U-17 də hazırda İtaliyada keçirilən turnirin iştirakçısıdır.