Cem Fələk Azərbaycan yığmasında oynamaq istəmir
31.03.2010 - 09:42
“Xəzər-Lənkəran” klubunun futbolçusu Cem Fələk Türkiyə telekanallarının diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, 13 yaşlı istedadlı hücumçu FOX TV-də aparıcı İrfan Dəyirmançının qonağı olub.
Cem əslən Türkiyənin Ordu şəhərindən olsa da, uzun illərdir ailəsi ilə birgə Almaniyanın Frankfurt şəhərində yaşayır. Yerli “Ayntraxt”da çıxış edən Fələk “qol maşını” ləqəbini alıb. Belə ki, oynadığı 8 mövsümdə 1185 qol vurub. Azərbaycan, Türkiyə və Almaniya yığmalarının hədəfində olan yeniyetmə futbolçu aparıcının suallarını böyük istəklə cavablayıb: “Könlüm Türkiyə yığmasındadır. Ölkə xaricindən “Barselona”, “Çelsi” kimi klublardan təklif almışam. Hədəfim “Barselona” kimi böyük klubda oynamaqdır”.
Qeyd edək ki, “Çelsi” ilə yanaşı, “Bavariya”, “Mançester Yunayted” kimi klubların da təkliflərindən imtina edən Cem artıq “Barselona”nı seçib. Çempionlar Liqasının son qalibinə transfer olunan futbolçunun menecerlik işləri ilə atası Vural Fələk məşğul olur.
Yığmamızda oynamağa razılıq verən, hətta bununla əlaqədar atası ilə birgə Bakıya səfər edən Cem AFFA-nın baş katibi Elxan Məmmədovla görüşmüşdü. Bir müddət öncə “Xəzər-Lənkəran”la müqavilə imzalayan Fələk yenidən İstanbulda bu klubun sahibi Mübariz Mənsimovla görüşüb. “Palmali” Şirkətlər Qrupunun prezidenti türkiyəli futbolçuya hər cür maddi və mənəvi dəstək verəcəyini, ona “Barselona”da özünü sübut edə biləcəyini bildirib.

0
0