“1,3 milyon dollar verməsəniz, Azərbaycanla oyuna çıxmayacağam”
31.03.2010 - 10:00
Honduras milli komandası Azərbaycanla yoldaşlıq görüşünə baş məşqçisiz çıxmaq təhlükəsi ilə üzləşib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Reynaldo Rueda Honduras Futbol Federasiyasına ultimatum verib.
Rueda bəyan edib ki, əgər ona və futbolçularına ümumilikdə 1,3 milyon dollar məbləğində mükafat verilməzsə, postunu tərk edəcək. Bu, Honduras yığmasına DÇ-2010-nun final mərhələsinə çıxmağa görə verilməli olan mükafatdır. Futbol qurumunun prezidenti Rafael Leonardo Kalyexas borclu olmaları faktını etiraf etməklə yanaşı, problemi bir həftə ərzində həll edəcəyinə söz verib. Özü də Rueda bütün maliyyə məsələlərinin son hazırlıq mərhələsi, yəni milli komandamızla görüşə qədər həll edilməsini istəyir.
Qeyd edək ki, DÇ-2010-a son təlim-məşq toplanışını Avstriyada keçirəcək honduraslılar mayın sonu - iyunun əvvəlində yığmamızla yanaşı, Belarus və Rumıniya ilə yoldaşlıq görüşü keçirəcək.

0
0