“Neftçi” üçün bir məşq
31.03.2010 - 11:38
“Neftçi” Unibank Premyer Liqasının növbəti turuna hazırlıqlarını davam etdirir. Klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, bu gün flaqman İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda məşqə çıxıb. XXVI turda qarşılaşacağı “Qəbələ” ilə oyunun keçiriləcəyi arenada baş tutan çalışmalara baş məşqçi Arif Əsədov, məşqçi Bəxtiyar Musayev, qapıçılarla işləyən məşqçi Neboyşa Manoyloviç və fiziki hazırlıq üzrə məşqçi Covanni Melkiorre rəhbərlik edib. Paytaxt təmsilçisi günü bir məşqlə başa vuracaq.
- Cənubi Koreyada DÇ fiaskosuna dövlət müdaxiləsi - Prezident araşdırma tələb etdi
- “Qalatasaray” Sançez üçün "qapını açdı" - Təklif gələrsə, satıla bilər
- Qrupda qaldılar: Cənubi Koreyanın baş məşqçisi istefa verdi
- “Çelsi”dən sürpriz transfer həmləsi: LONDONA QAYIDIR
- “Liverpul” Kyezanı satır: Qiyməti müəyyənləşdi
0
0