Almir Hurtiç daha 1 il “Muğan”da: Biz ondan narazı deyilik
01.04.2010 - 11:31
“Almir Hurtiçin təyinatından sonra komandanın oyununda və nəticələrində yüksəliş var. Biz bosniyalı çalışdırıcının işindən narazı deyilik". Bu sözləri apasport.az saytına açıqlamasında “Muğan” klubunun vitse-prezidenti Bəhruz Şirəliyev deyib.
Hurtiç həmyerlisi Kemal Alispahiçin gedişindən sonra "Muğan"da baş məşqçi funksiyasını yerinə yetirməyə başlayıb. Onun klubla müqaviləsinin müddəti may ayınadək nəzərdə tutulub. Artıq məşqçi ilə rəhbərlik arasında yeni müqavilə mövzusunda ilkin razılıq da əldə olunub. Ciddi problem çıxmazsa, "Muğan"a gələn mövsüm də Hurtiç rəhbərlik edəcək: “O işini görür. İşlər yolunda getsə, gələn mövsümdə də əməkdaşlığı davam etdirəcəyik”.
Şirəliyev "Muğan"ın elitada qalmaq şanslarını da dəyərləndirib: "Hələ çempionatın sonuna 7 tur var. İndiki vəziyyətdə konkret fikir yürütmək çətindir. Amma ikinci "altılıq"da keçirdiyimiz oyunlarda qazanılan nəticəni əsas götürsək gələcəyə nikbin baxa bilərik".
Qeyd edək ki, "Muğan" 2 ildir Premyer Liqada mübarizə aparır. Almir Hurtiçin yetirmələri hazırda turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. Komanda ən yaxın izləyicisi "Standard"ı 5 xal qabaqlayır.

0
0