Həmyerlimiz Ukrayna Futbol Federasiyasından kənarlaşdırılır - FOTO
01.04.2010 - 11:47
Ukrayna Futbol Federasiyasının (UFF) Hakimlər Komitəsinin (HK) sədrini işindən kənarlaşdırır. Apasport.az saytının məlumatına görə, bu posta həmyerlimiz, Bakıda anadan olan Vadim Şevçenko çalışır və onun işində ciddi narazılıq yaranıb.
Son vaxtlar ölkə futbolunda hakimlərlə bağlı kütləvi narazılıq, UEFA-nın ukraynalı FİFA referisi Oleq Orexovu rüşvətxorluğa görə ömürlük fəaliyyətindən kənarlaşdırması, yerli hakimlər korpusunun rüşvətxorluqda şübhəli bilinməsi radikal qərar çıxarmağa vadar edib. UFF-nın vitse-prezidenti Sergey Storojenkonun sözlərinə görə, Şevçenkonun vəzifəsindən getməsinin vaxtı çatıb: “Belə ittihamlardan qaçmağın yeganə yolu Hakimlər Komitəsinin sədri postuna neytral mütəxəssisin təyin edilməsidir”.
Qeyd edək ki, HK sədrinin məşqçi qardaşı Vitali Şevçenko uzun illər Bakının “Neftçi” klubunda oynayıb.

0
0