Rauf Əliyev: Bütün klubları AFFA-nın ətrafında birləşməyə dəvət edirəm
01.04.2010 - 12:20
Rauf Əliyev: Bütün klubları AFFA-nın ətrafında birləşməyə dəvət edirəm
“Son günlər futbol ictimaiyyətinin gündəmini zəbt edən “Xəzər-Lənkəran” – “Neftçi” qarşılaşmasına İntizam Komitəsi öz hüquqi qiymətini verdi. Hesab edirəm ki, qəbul olunmuş qərarlar gələcəkdə bir daha belə halların təkrarlanmamasının qarşısını alacaq”. Bu sözləri apasport.az saytına açıqlamasında AFFA-nın I vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev deyib.

Əliyev bildirib ki, həm “Xəzər-Lənkəran”, həm də “Neftçi” tarixi olan klublardır və Azərbaycan futbolunda söz sahibinə malikdirlər: “Bu komandaların qarşılaşmasına həmişə böyük tamaşaçı marağı olub. Təbii ki, Lənkəranda keçirilmiş derbi oyununda meydana gələn xoşagəlməz hadisələr bizi narahat edir. Bir daha belə olayların baş verməyəcəyinə ümid edirik. Futbol ictimaiyyətini, Premyer Liqada və Birinci divizionda çıxış edən bütün klubları AFFA-nın ətrafında birləşməyə dəvət edirəm”.