Ronaldo, bığ saxla! - FOTO
01.04.2010 - 13:35
Portuqaliya yığmasının DÇ-2010-da uğur qazanmasının orijinal yolu tapılıb. Apasport.az saytının məlumatına görə, Kriştianu Ronaldonun kapitanı olduğu komandadan CAR-da keçiriləcək məsul turnirdə bığ buraxmaq tələb olunur.
Çılğın fanatlar yığmaya DÇ-2010-da kömək etmək məqsədilə “CAR-a bığlarla” adlı aksiyaya start verib: “Dünya çempionatında Portuqaliyanı əsl kişilər təmsil etməlidir. Futbolçular bütün dünyaya milli xüsusiyyətlərimizi göstərməlidir. Bütün komanda üzvlərinin bığlı olması əla ideyadır. Bu, komandanı birləşdirməyə, onun güclü etməyə imkan verəcək. Rəqiblərimiz portuqaliyalı futbolçuları görəndə sadəcə, mənəvi cəhətdən pozulacaq”.
10 milyon əhalisi olan Portuqaliyada “bığ aksiyası” böyük vüsətlə inkişaf edir. Azarkeşlər Kriştianu Ronaldo və Luiş Fiqunun bığlı görünüşləri olan plakatlar hazırlayıb və bunu Lissabonda gəzdirib. Fəal fanatlar bannerlərinin milli televiziyada göstərilməsi istəklərinə da çatıblar.
Qeyd edək ki, Portuqaliyada bığ müqəddəs sayılır. Əvvəllər bu ölkədə bütün kişilər həddi-buluğa çatandan sonra bığ saxlayırdı. Portuqallar Avropada rəsmi olaraq, ən çox bığlı millət sayılır.

0
0