Bekhem “1 aprel”in qəhrəmanı oldu
01.04.2010 - 13:52
Bekhem “1 aprel”in qəhrəmanı oldu
Məşhur ingilis futbolçu Devid Bekhem bu gün dünyada qeyd olunan 1 aprel zarafatının qəhrəmanı olub. Apasport.az saytının məlumatına görə, “Milan”ın 35 yaşlı yarımmüdafiəçisinin Avstraliya milli komandasının baş məşqçisi köməkçisi kimi, dünya çempionatına yollanacağı barədə informasiya yayılıb.

Bekhem icarə əsasında oynadığı “Milan”ın heyətində aldığı ağır zədə üzündən bu yay mundialda çıxış edə bilməyəcək. Bundan istifadə edən avstraliyalı həmkarlarımız ilk növbədə həmyerliləri ilə məzələniblər. Belə ki, Behkemlə əməkdaşlıqla bağlı razılıq əldə olunandan sonra Avstraliya Futbol Federasiyasının prezidenti Frenk Lounun onun hazırda müalicə aldığı xəstəxanaya meyvə və açıqca göndərdiyi bildirilib. Xəbərin daha inandırıcı olması üçün ardından radiostansiyada Bekhemin səsindən istifadə olunub. Həmin saxta müsahibədə Devidin DÇ-2010-a Avstraliya yığması ilə getməyə razılıq verdiyini “təsdiqlənib”. Bəzi dinləyicilər bu informasiyaya inanıb. Ancaq sonradan bunun doğru olmadığı KİV-də etiraf olunub.