“Azərbaycanı Bakıda rahat yenmək mümkün deyil”
01.04.2010 - 15:16
“Oktyabrda Almaniya ilə səfər oyununun ardından Azərbaycan milli komandasının qonağı olacağıq. Ancaq rəqib meydanında 4 gündəki bu oyunların gətirdiyi bir üstünlük də var. Belə ki, seçmə mərhələdə son iki oyunu həmin yığmalarla evdə oynayacağıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Avro-2012-də Azərbaycan milli komandasının rəqibi olan Türkiyə yığmasının məşqçisi Oğuz Çətin deyib.
Fatih Terimdən sonra hollandiyalı Qus Hiddinkin də köməkçisi olmağa razılıq verən gənc çalışdırıcı növbəti seçmə mərhələdəki rəqibləri haqda söz açıb: “Rəqiblərin hamısı bizi çətin vəziyyətə salacaq. Özəlliklə kiçik-böyük komanda yox, aşağı-yuxarı səviyyə deyə danışıram. Həmin aşağı səviyyə dediyiniz Azərbaycanı Bakıda rahat-rahat yenin baxım. Bu, mümkün deyil”.
Çətin milli komandamızdan nəyə görə ehtiyatlanmasını belə izah edib: “Bu kimi komandalar böyük qüvvə ilə müdafiə olunan, sərt oynayan, rəqibin oyununu pozan, sinirləndirəndir. Azərbaycandakı görüş çox sərt və mücadiləyönlü yüksək bir oyun olacaq”.

0
0