“Qəbələ” gücünü “Ankaragücü”nə göstərdi
01.04.2010 - 15:23
“Qəbələ” gücünü “Ankaragücü”nə göstərdi
"Qəbələ" klubu Türkiyədə keçirilən beynəlxalq turnirdə uğurla start götürüb. Apasport.az saytının məlumatına görə, 13 yaşlılardan ibarət komanda "Ankaragücü"nə qalib gəlib. Əsas vaxt 1:1 hesabı ilə başa çatdığından, oyun sonrası penaltilər təyin olunub. "Qəbələ" bu zaman rəqibini üstələməyə müvəffəq olub - 3:2.

Qrupda ikinci oyununu "Manisaspor"lu həmyaşıdları ilə bu gün keçirəcək "Qəbələ" sabah "Fənərbaxça" və "Midlsbro" klubları ilə mübarizə aparacaq. Bu, “Qəbələ”nin beynəlxalq aləmdə ilk sınağıdır.

Qeyd edək ki, Kuşadasında keçirilən beynəlxalq turnirdə 24 komanda iştirak edir. Onların arasında İngiltərənin "Çelsi", "Midlsbro", Portuqaliyanın "Portu", Almaniyanın "Köln", Hollandiyanın PSV, Rumıniyanın "Styaua", Türkiyənin Superliqa və ikinci divizion klubları var.