Bir az da gözlə, Şükürov!
01.04.2010 - 15:35
Rusiyalı mütəxəssis Hacı Hacıyev “Anji” klubu ilə münasibətlərini rəsmiləşdirməyə tələsmir. Apasport.az saytının məlumatına görə, əslən dağıstanlı olan təcrübəli çalışdırıcı Mahaçqalaya gəlib komanda ilə işləsə də, hələlik baş məşqçi təyin olunmadığını bildirib.
“Anji”ni növbəti turda “Alaniya” ilə oyuna kimin çıxaracağını deyə bilmərəm. Mən həqiqətən də Mahaçqaladayam, “Anji” ilə işləyirəm. Ancaq indiki anda klubla müqavilə imzalamamışam. Məsələ ondadır ki, Kizlyardakı terror aktından sonra Dağıstanda vəziyyət gərgindir. Rəhbərlik məhz bu məsələlərlə məşğul olur” – deyə Hacıyev bildirib.
Qeyd edək ki, milli komandamızın müdafiəçisi Mahir Şükürov qışda “Anji”yə keçib.

0
0