“Qalatasaray” “Barselona”nı İstanbula çağırdı
01.04.2010 - 16:40
“Qalatasaray” Çempionlar Liqasının son qalibi “Barselona”nı Türkiyəyə dəvət edib. Apasport.az saytının məlumatına görə, “Cim Bom” yeni stadionunun açılışında dünyanın ən güclü klubu ilə qarşılaşmaq istəyir.
“Barselona”nı dəvət etmək ideyası “Qalatasaray”ın baş məşqçisi Frank Raykaarddan gəlib. Məlum olduğu kimi, holland mütəxəssis indiki komandasına qədər məhz “Barsa”nı çalışdırıb və 2006-cı ildə Çempionlar Liqasını qazanıb.
İstanbulda 56 min 147 nəfər tutumu olan yeni stadion bu ilin oktyabrın 10-da istifadəyə veriləcək. Bu arena “Qalatasaray”ın doğma stadionu olan “Əli Sami Yen” kompleksinin bir hissəsi olacaq. Yeni stadion “Türk Telekom” şirkətinə satılıb. 10 illik anlaşmanın dəyəri hər mövsüm üçün 10 milyon 250 min avrodur.

0
0