5 manat ver, Mahir Şükürova bax!
01.04.2010 - 17:04
Azərbaycan yığmasının futbolçusu Mahir Şükürovun oyununu görmək üçün 5 manat xərcləmək lazımdır. Apasport.az saytının məlumatına görə, 28 yaşlı müdafiəçinin formasını geyindiyi “Anji” klubunun Rusiya Premyer Liqasının növbəti turunda “Alaniya” ilə aprelin 3-də ev oyununa biletlər bu məbləğə satılır. Biletlər Mahaçqaladakı “Dinamo” stadionunda satılır ki, “Anji” rəqiblərini bu arenada qəbul edir. Arenada Şimal, Cənub və Qərb tribunaları üçün biletlərin qiyməti 250, yalnız Şərq tribunası üçün 200 rubla, bizim valyutaya çevirəndə 5-6 manat edir.
Qeyd edək ki, ötən tur MOİK-lə ev oyununda cəzalı olan Şükürovun qayıdışı “Alaniya” ilə görüşdə nəzərdə tutulub.
Qeyd edək ki, ötən tur MOİK-lə ev oyununda cəzalı olan Şükürovun qayıdışı “Alaniya” ilə görüşdə nəzərdə tutulub.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0