Yığmamızın baş məşqçisi: Komandanın vəziyyəti yaxşıdır
01.04.2010 - 17:49
“Hesab edirəm ki, komandanın vəziyyəti yaxşıdır. Toplanışa dəvət olunan futbolçuların demək olar ki, hamısı klublarının heyətində oyunlara çıxır. Almaniyada keçirilən hazırlıq prosesindən az vaxt keçib və indi heyəti komplektləşdirməyə çalışırıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycanın 19 yaşlılardan ibarət yığma komandasının baş məşqçisi Bernard Lippert deyib.
Alman çalışdırıcı bildirib ki, İtaliyanın Obia şəhərində iştirak etdikləri beynəlxalq turnirdən sonra taktiki cəhətdən hazırlaşmaq üçün daha yaxşı imkanları olacaq: “Əsas diqqəti fiziki hazırlığın da yüksəldilməsinə yönəldəcəyik. Turnirdə keçirilən oyunlar futbolçulardan çoxlu güc tələb edəcək. Düşünürəm ki, Avropa çempionatının elit-raunduna qədər komandanı istədiyimiz kimi formalaşdıra biləcəyik. Buraya geniş heyətlə gəlmişik və indi yığmanın düşərgəsində olan futbolçulardan 4 nəfəri elit-raunda qədər bizdən ayrılacaq. Oyunçuların sayının çoxluğu rəqabətin böyük olmasına imkan verir”.
Lippert turnir iştirakçılarının səviyyəsini yüksək sayır: “Gücümüzü məhz belə komandalarla oyunlarda sınamalıyıq. Bu oyunlarda özünü yaxşı tərəfdən göstərənlər elit-raundda iştirak edəcək heyətdə öz yerini alacaq. Burada atmosfer yaxşıdır, hava şəraiti, demək olar ki, Türkiyə ilə eynidir və rəqiblərimiz elit-raunda hazırlaşmaq üçün optimal komandalardır”.
Qeyd edək ki, turnirdə ilk oyunda heç-heçə edən (2:2) yığmamız sabah İtaliyanın digər təmsilçisi - “Roma” klubu ilə görüşəcək.

0
0