Yığmamızın rəqibləri üz-üzə
02.04.2010 - 09:41
Yığmamızın rəqibləri üz-üzə
İtaliyada Manlio və Loris Skorpinyoların xatirəsinə həsr olunan ənənəvi turnirdə ikinci turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının mübarizə apardığı C qrupunda yığmamızın rəqibləri üz-üzə gəlib. Oliver Pelzerin yetirmələrinin istirahət etdiyi gün “Roma” yarışa qələbə ilə başlayıb. Paytaxt futbolçuları “Ternana” klubunu 2:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, ilk turda “Ternana” ilə heç-heçə edən (2:2) yığmamız bu gün “Roma” ilə qarşılaşacaq.

1

“Roma”

1

1

0

0

2-1

3

2

Azərbaycan

1

0

1

0

2-2

1

3

“Ternana”

2

0

1

1

3-4

1