“Muğan” legioneri ilə müqaviləsini pozdu
02.04.2010 - 09:58
“Muğan” legioneri ilə müqaviləsini pozdu
"Muğan" klubu legionerlərindən biri ilə vidalaşıb. Apasport.az saytının məlumatına görə, Salyan təmsilçisi Azərbaycan futbolu tarixinə ilk və yeganə yamaykalı kimi düşən Akeem Priestley ilə yollarını ayırıb. Buna 11 gündən sonra 25 yaşını qeyd edəcək yarımmüdafiəçinin bir müddət əvvəl aldığı zədə üzündən əməliyyat olunması səbəb olub. Buna görə artıq “Muğan”a kömək göstərə bilməyən Akeem ilə müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv olunub.

Qeyd edək ki, Priestley "Muğan"ın heyətinə 2009-cu ilin yayında transfer olunub. Artıq vətəninə yola düşən şimalı amerikalı Unibank Premyer Liqasında 12 oyun (557 dəqiqə) keçirərək, 2 sarı vərəqə alıb. Yamaykalı ölkə kubokunda da meydana çıxmaq şansı qazanıb – 2 matç, 135 dəqiqə.