Azərbaycanlı futbolçu NTV-də
02.04.2010 - 10:27
Azərbaycan milli komandasının sabiq futbolçusu Emin Ağayev Rusiyanın məşhur NTV kanalı ilə göstəriləcək. Apasport.az saytının məlumatına görə, 37 yaşlı müdafiəçinin kapitanı olduğu Tverin “Volqa” klubunun növbəti qarşılaşması “NTV-Naş Futbol” kanalı vasitəsilə canlı yayımlanacaq. Buna Ağayevin komandasının heç kimin gözləmədiyi halda, Rusiya kubokunun 1/4 finalına çıxması səbəb olub. İkiqat ölkə çempionu “Rubin” də daxil olmaqla, rəqiblərini mübarizədən kənarlaşdıran ikinci divizion təmsilçisi “Zenit”lə görüşəcək.
Qeyd edək ki, aprelin 7-də Sankt-Peterburqun “Petrovski” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 20:15-də başlayacaq.
Qeyd edək ki, aprelin 7-də Sankt-Peterburqun “Petrovski” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 20:15-də başlayacaq.
- Cənubi Koreyada DÇ fiaskosuna dövlət müdaxiləsi - Prezident araşdırma tələb etdi
- “Qalatasaray” Sançez üçün "qapını açdı" - Təklif gələrsə, satıla bilər
- Qrupda qaldılar: Cənubi Koreyanın baş məşqçisi istefa verdi
- “Çelsi”dən sürpriz transfer həmləsi: LONDONA QAYIDIR
- “Liverpul” Kyezanı satır: Qiyməti müəyyənləşdi
0
0