Azərbaycan çempionu üçün əcnəbi hakimlər
02.04.2010 - 15:58
Futzal üzrə UEFA kubokunun “Dördlər finalı”nı idarə edəcək hakimlər müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Araz”ın da çıxış edəcəyi həlledici mərhələyə 4 ədalət təmsilçisi təyinat alıb.
45 yaşlı xorvatiyalı Edi Şunyiç, 38 yaşlı ukraynalı Oleq İvanov, 32 yaşlı macar Qabor Kovaç və 31 yaşlı çexiyalı Karel Henik Portuqaliyada keçiriləcək qarşılaşmalarda fit çalacaq. Görüşlərin UEFA nümayəndəsi isə italiyalı Andrea Lastruççidir.
Qeyd edək ki, Lissabonun “Pavilao Atlantiko” İdman Kompleksində keçiriləcək “Dördlər finalı”nda “Araz”ın aprelin 23-də ilk rəqibi İspaniya “İntervyu”su olacaq. Yarımfinalın digər cütündə isə meydan sahibləri “Benfika” ilə İtaliyanın “Luparenze” klubu qarşılaşacaq. Ayın 25-də isə final və 3-cü yer urunda matç baş tutacaq.

0
0