Kamran Ağayev ötən il qazandığı mükafata bu gün qovuşdu
02.04.2010 - 17:01
“Xəzər-Lənkəran” klubunun və Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev ötən il qazandığı mükafata sahib çıxıb. Apasport.az saytının xəbərinə görə, Unibankın təsis etdiyi 2009-cu ilin ən yaxşı qapıçısı nominasiyasına layiq görülmüş Ağayev üçün bu gün Lənkəran şəhər stadionunda mükafatlandırılma mərasimi keçirilib.
Tədbirə qatılan Unibankın nümayəndəsi Afər Kərimov futbolçuya bankın mükafat kartını və xatirə hədiyyələri təqdim edib. Ağayev isə öz növbəsində diqqətə görə minnətdarlığını çatdırıb. O, “Xəzər-Lənkəran” rəhbərliyinin və azarkeşlərinin dəstəyini daim hiss etdiyini, eləcə də, yaxşı oyunu ilə bundan sonra da etimadı doğruldacağını söyləyib.

- Cənubi Koreyada DÇ fiaskosuna dövlət müdaxiləsi - Prezident araşdırma tələb etdi
- “Qalatasaray” Sançez üçün "qapını açdı" - Təklif gələrsə, satıla bilər
- Qrupda qaldılar: Cənubi Koreyanın baş məşqçisi istefa verdi
- “Çelsi”dən sürpriz transfer həmləsi: LONDONA QAYIDIR
- “Liverpul” Kyezanı satır: Qiyməti müəyyənləşdi
0
0