Milli komandamızın futbolçularını hospitala apardılar - FOTOSESSİYA
02.04.2010 - 17:08
Milli komandamızın futbolçularını hospitala apardılar - FOTOSESSİYA
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası İtaliyanın Rieti vilayətində yerləşən xəstəxanalardan birinə baş çəkib. Apasport.az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, Romada təlim-məşq toplanışı çərçivəsində Manlio və Loris Scorpinyoların xatirəsinə həsr olunan sayca 18-ci ənənəvi turnirə qatılan yığmamız yarışın proqramına əsasən xəstələri ziyarət edib. Oliver Pelzerin yetirmələri xərçəng xəstəliyindən əziyyət çəkən insanlarla görüşüb. Yeniyetmələrimiz hospitalın rəhbərliyinə millimizin imzalanmış formasını təqdim ediblər.

Qeyd edək ki, millimiz turnirdəki ikinci oyununu bu gün “Roma” klubunun nəzdindəki həmyaşıdlarından ibarət komandasına qarşı keçirəcək.