“Bakı” “İnter”i büdrədib, üçüncü pilləyə qalxdı
04.04.2010 - 16:50
“Bakı” “İnter”i büdrədib, üçüncü pilləyə qalxdı
Unibank Premyer Liqasında XXVI tur liderin büdrəməsi ilə yadda qaldı. Apasport.az saytının məlumatına görə, Bakının “İnter” klubu ardıcıl ikinci oyunda 1:1 hesablı heç-heçə etməklə, bir həftədə artıq 4 xal itirdi.

Düzdür, “bankirlər” bir gündən sonra liderliyini qaytarsa da, ən yaxın izləyicisi “Xəzər-Lənkəran”la xal fərqi artıq minimuma enib. “İnter”i büdrədən “Bakı” isə turnir cədvəlində 3-cü pilləyə yüksəldi. Buna son çempionun xalları eyni olduğu “Qarabağ”la “Neftçi”nin uduzması imkan yaradıb. Özü də bütün milli çempionatlarımızda iştirak edən hər iki komanda eyni hesabla uduzaraq, çempionluq uğrunda mübarizədə bir qədər də gerilədi.

“Qəbələ” isə qazandığı ikinci qələbə ilə intriqanı bir qədər də artırdı. İndi Ramiz Məmmədovun komandası məğlub etdiyi “Qarabağ”la “Neftçi”dən cəmi 2 xal geri qalır.

İkinci “altılıq”da isə “Olimpik-Şüvəlan” inamlı çıxış ilə diqqət çəkir. Bu mübarizədə ilk böyük hesablı qələbə qazanan də məhz “təyyarəçilər” oldu. Ötən çempionatın bürünc mükafatçısı “Simurq” uzun fasilədən sonra qələbə qazandı. “Muğan” üzərində qələbə Zaqatala təmsilçisinin “altılıq”da ilk qalibiyyəti idi.

“Standard” ən yaxın izləyicisi “Karvan”ı səfərdə məğlub etməklə, Premyer Liqada qalmaq uğrunda mübarizəni gərginləşdirdi. Hələ də son pillədə qalan “Karvan” rəqibindən artıq 7 xal geri qalaraq, elitada yerini qorumaq işini lap çətinə saldı.

3 aprel

"Xəzər-Lənkəran" - "Qarabağ" - 2:1

QOLLAR: İvan Svetkov, 44 (p); Mario Souza, 53 - Georgi Adamiya, 61
Lənkəran. Şəhər mərkəzi stadionu
İlk mərhələdəki oyunlar – 0:1, 0:0

"Neftçi" - "Qəbələ" - 1:2
QOLLAR: Rəşad Abdullayev, 63 - Milan Antiç, 35; Tomaş Stolpa, 90+5
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
İlk mərhələdəki oyunlar – 0:1, 1:1

"Simurq" - "Muğan" - 1:0
QOL: Elşən Məmmədov, 15
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu
İlk mərhələdəki oyunlar – 0:0, 0:0

"Olimpik-Şüvəlan" - "Turan" - 4:1
QOLLAR: Anatoli Doroş, 2; 42; 44; Alves Dos Santos, 64 - Nadir Nəbiyev, 84
Bakı. "Şəfa" stadionu
İlk mərhələdəki oyunlar – 3:3, 0:0

4 aprel

"İnter" - "Bakı" - 1:1

QOLLAR: Jaba, 1; Saşa Yunisoğlu, 15 (avtoqol)
Bakı. "Şəfa" stadionu
İlk mərhələdəki oyunlar – 1:0, 0:2

"Karvan" - "Standard" - 1:2
QOLLAR: Xaqani Məmmədov, 68 - Fərid Quliyev, 33; Georgi Seturidze, 69
Yevlax. Şəhər stadionu
İlk mərhələdəki oyunlar – 2:2, 0:1

komandalar

o

q

h

m

t

x

1

"İnter"

14

6

5

3

15-13

23

2

"Xəzər-Lənkəran"

14

5

7

2

14-7

22

3

"Bakı"

14

4

5

5

12-12

17

4

"Neftçi"

14

3

7

4

9-9

16

5

"Qarabağ"

14

3

7

4

9-12

16

6

"Qəbələ"

14

3

5

6

13-19

14

7

"Simurq"

14

7

5

2

17-10

26

8

"Olimpik-Şüvəlan"

14

7

4

3

22-13

25

9

"Turan"

14

5

5

4

20-19

20

10

"Muğan"

14

4

5

5

8-9

17

11

"Standard"

14

4

3

7

13-19

15

12

"Karvan"

14

1

6

7

10-20

9


Bombardirlər: Adrean Neaqa (Neftçi); Anatoli Doroş (Olimpik-Şüvəlan) - 11