“O, Azərbaycana yeni taktiki sxem gətirib”
04.04.2010 - 14:36
“Hazırda “Dördlər finalı”nın hazırlığını davam etdiririk. Həftənin 5 günü məşq keçirik. Düşərgədə əhval ruhiyyə yaxşıdır. Portuqaliyaya xoş ovqatla yollanacağıq". Bu sözləri apasport.az saytına açıqlamasında Naxçıvanın "Araz" futzal klubunun və Azərbaycan yığmasının üzvü Vitali Borisov deyib.
Həm yığmada, həm də klubda Joze Aleiso da Silvanın rəhbərliyi altında oynayan Borisov bildirib ki, braziliyalı mütəxəssis Azərbaycana yeni taktiki sxem gətirib: "Əlbəttə, yığma və klubda bir yerdə olmağımız üstünlüyümüzdür. Aleisonun böyük təcrübəsi var. O, komandaya yeni stil və taktiki sxem gətirib. Aleisodan öncə yığmada taktika aşağı səviyyədə idi".
Təcrübəli futzalçı milli komandada çox sayda legionerin çıxış etməsinə də münasibət bildirib: "Legionerlər artıq 1 ildən çoxdur ki, Azərbaycandadır. Bu mənada, biri-birimizə uyğunlaşmışıq. Komandanın baş məşqçisi və digər 2-3 legioner rus dilində danışmağı bacarır. Yalnız bu dildə fikrini ifadə eləyə bilməyənləri anlamaqda çətinlik çəkirik. Ümumilikdə, yığmada və "Araz"da vəziyyət normaldır”.
Qeyd edək ki, 1982-ci ildə Bakıda doğulan Borisov Azərbaycanın ən iddialı klublarında, eləcə də Rusiyanın "Dina" kollektivində oynayıb.

0
0